Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının
premyerası olacaq. Premyera 15 aprel, saat 13:00-da, Heydər
Əliyev Sarayında keçiriləcək.
Müziklın quruluşçu-rejissoru – Azərbaycan
Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda
–populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda
Yəhyayeva, Emiliya Yaqubova, Azərbaycan Respublikasının
Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa
tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.
Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən
əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi
bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də
ürəyincə olacaq.
Şübhəsiz ki, Azərbaycanın tarixində ilk uşaq müziklı
ölkəmizin mədəni həyatında əsl hadisəyə çevriləcək.