Aleksey Çiçakov - Mantra və alqışlar

Tədbir haqqında

Aleksey Çiçakov – qədim Altay diyarının “kay” sənəti ifaçısıdır. Onun konsert proqramının əsas hissəsini minilliklərin dərinliklərindən gələn, diqqətlə nəsildən-nəsilə otürülən mantralar, gözəl və əzəmətli olan Altay təbiətindən bəhs edən dastanlar təşkil edir.

 

Qədim türk çalğı alətlərinin topşuur, şoor, komusun valehedici sədaları “kay” ifası ilə birləşərək insanın fiziki sağlamlığına və psixo-emosional vəziyyətinə müalicəvi təsir göstərir.

 

Bu konsert çərçivəsində sizi  həm orijinal, akustik gitara müşayiəti ilə, həm də müasir işləmədə qədim sənətə toxunmağa dəvət edirik.

Yaş məhdudiyyəti / Dil

6+
Aleksey Çiçakov - Mantra və alqışlar Aleksey Çiçakov - Mantra və alqışlar