Azərbaycan-Gürcüstan musiqisi axşamı. Şam işığında konsert. Ars Caspia Ensemble

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

1 may tarixində ilk dəfə olaraq Bakıda, Kamera və Orqan Musiqisi Zalında (Kirxa) iki mədəniyyəti, iki ruhu və iki musiqi ənənəsini bir araya gətirən unikal şam işığında “Azərbaycan-Gürcüstan musiqisi axşamı” konserti baş tutacaq.

Sizi xüsusi bir konsertə dəvət edirik - bu axşamda Azərbaycan və Gürcüstanın ən sevilən və ən tanınmış musiqi əsərləri eyni məkanda səslənəcək. Proqramda ilk notlardan tanınan məşhur Azərbaycan və gürcü əsərləri yer alacaq - xatirələr oyadan, duyğular bəxş edən və doğmalıq hissi yaradan melodiyalar. Nəsilləri və mədəniyyətləri birləşdirən bu musiqi qəlbdə səslənir və uzun müddət yadda qalır.

Canlı ifa, zalın xüsusi ab-havası və iki musiqi dünyasının zərif vəhdəti bu axşamı həqiqi hisslərlə zənginləşdirəcək - incə nostaljidən parlaq sevincə qədər. Bu, Azərbaycan və gürcü musiqisinin necə fərqli, eyni zamanda necə ahəngdar səsləndiyini eşitmək və onların vəhdətini hiss etmək üçün nadir bir fürsətdir.

🎟️ Yer sayı məhduddur.

May ayının ən qeyri-adi musiqi axşamının bir parçası olmaq fürsətini qaçırmayın! ✨

⏰ Başlama vaxtı: 20:00

📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Orxan Cumayev (violonçel) - Dost İnkluziv orkestrinin baş violonçelçisidir. O, Gürcüstanda keçirilən Tsinandali Festivalı və Neue Philharmonie München simfonik layihəsi də daxil olmaqla, xaricdə müxtəlif orkestrlər və ansambllar ilə çıxış edib.

Georgi İmanov (violonçel) - Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, müxtəlif beynəlxalq festivalların iştirakçısı, Edvard Grieg Academy məzunudur.

Çolpon Amancolova (alt) - Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, Rusiya Gnesinlər adına Musiqi Akademiyasını məzunudur (A. E. Frantsevanın viola sinfi).

Rəvan Əhmədzadə (kontrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎶Ars Caspia Conserts elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Azərbaycan-Gürcüstan musiqisi axşamı. Şam işığında konsert. Ars Caspia Ensemble Azərbaycan-Gürcüstan musiqisi axşamı. Şam işığında konsert. Ars Caspia Ensemble

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan