Hans Zimmer, Ludovico Einaudi & Yann Tiersen film musiqiləri axşamı. Şam işığında konsert. Candlelight Baku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎

19 sprel  tarixində dünya kino və müasir klassik musiqisinin ən görkəmli bəstəkarlarına həsr olunmuş xüsusi Candlelight axşamı Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Candlelight Ensemble ifasında şam işığında təqdim olunacaq. Bu gecədə Hans Zimmer, Ludovico Einaudi, Yann Tiersen və digər bəstəkarların unudulmaz əsərləri zərif və emosional interpretasiyada səslənərək dinləyiciləri dərin hisslər və təsəvvürlərlə dolu bir musiqi səyahətinə aparacaq.

Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.

 Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

 ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Hans Zimmer, Ludovico Einaudi & Yann Tiersen film musiqiləri axşamı. Şam işığında konsert. Candlelight Baku Hans Zimmer, Ludovico Einaudi & Yann Tiersen film musiqiləri axşamı. Şam işığında konsert. Candlelight Baku

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan