Anime & Comics Cosplay Festival

Tədbir haqqında

Anime & Comics Cosplay Festivalında sizi maraqlı məcaralar gözləyir!
 
Sevimli animelərin, komikslərin və oyunların rəngarəng qəhrəmanları artıq səhnəmizdədir! Tədbirin qonaqları cosplay yarışmasında iştirak edənlərin inanılmaz çıxışlarından, həmçinin anime və komiks yarmarkasından, eləcə də k-pop rəqslərdən, anime nümayişindən və ləzzətli yeməklərdən həzz alacaqlar.
  
Kospleyerlər üçün fantastik xəbərimiz var - festival qran-prisinin qalibi iyulun sonunda Comic Con Astana 2024-də çıxış etməyə gedəcək!
   
Amma ən inanılmaz xəbər odur ki, festivalda xüsusi QONAQ iştirak edəcək. Peşəkar cosplayer, MDB-də keçirilən festivallarda müxtəlif nominasiyaların qalibi və Böyük Britaniya, İslandiya və Türkiyədə keçirilən cosplay festivalların görkəmli qonağı - bizim instagram səhifəmizi izləyin, onun kim olduğunu tezliklə açıqlayacağıq :)
  
Necə, siz artıq səbirsizlənirsiniz? O zaman biletinizi əldə edin və bu yayın ən həyəcanlı gününə qoşulun!

FESTİVALIN PROQRAMI

12:00 - Qapıların açılması – yarmarka və foto çəkiliş
13:00 - Əsas zalda tədbirin möhtəşəm açılışı
13:15 - Xarici kospleyerin çıxışı və münsiflər heyətinin təqdim olunması
14:00 - Fasilə
14:30 - Cosplay Show – Solo defile
15:00 - Cosplay Show – Group defile
15:30 - Fasilə
16:30 - K-pop rəqslərin müsabiqəsi
16:45 - Aftoqraf sessiya (məşhur xarici kospleyer ilə)
17:30 - Qaliblərin mükafatlandırılması və bağlanış mərasimi
 
Festivalın sonunda qonaqlar üçün anime film nümayiş olunacaq.

Yaş məhdudiyyəti / Dil

8+
Anime & Comics Cosplay Festival Anime & Comics Cosplay Festival