

APEX After The Dark: Mahmut Orhan
Təsvir
26 sentyabr tarixində Baku City Circuit və iTicket Production əməkdaşlığı ilə FOMO Baku-nun qarşısındakı açıq havada Formula 1 həftəsonunun möhtəşəm finalını yaşadacaq.
Gecənin əsas ulduzu müasir elektron musiqinin ən tanınmış simalarından biri Mahmut Orhan olacaq. «Feel», «Save Me» və «6 Days» kimi qlobal hitləri, eləcə də «Game of Thrones» mövzusuna hazırladığı məşhur remiksi ilə Mahmut Orhan İstanbuldan İbizaya qədər dünyanın ən möhtəşəm festivallarının sevilən adlarından birinə çevrilib.
Final gecə. Unudulmaz atmosfer. Möhtəşəm bağlanış.
Qaydalar
- Biletlər geri qaytarılmır və dəyişdirilmir.
- Tədbir istənilən hava şəraitində keçiriləcək. Hava şəraiti fors-major halı hesab edilmir və biletlərin geri qaytarılması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
Tədbir üçün bilet satışında mərhələli qiymət sistemi tətbiq olunur. Hər qiymət kateqoriyası üçün müəyyən sayda bilet limiti mövcuddur. Müvafiq limit bitdikdən sonra növbəti qiymət mərhələsi aktivləşir.
GA (Ayaqüstü zona)
- 85 AZN — 1-ci mərhələ (500 bilet)
- 95 AZN — 2-ci mərhələ (1 000 bilet)
- 105 AZN — 3-cü mərhələ (1 500 bilet)
BS (Backstage)
- 300 AZN — məhdud sayda bilet mövcuddur
