Baku Fashion Week x Stereohall təqdim edir: Isfar Sarabski Live
Baku Fashion Week və Stereohall arasında xüsusi əməkdaşlıq çərçivəsində, dünyaca məşhur musiqiçi İsfar Sarabski səhnəyə canlı elektron set ilə çıxacaq. Bu çıxışı göz və qulaq üçün unudulmaz vizual şou ilə müşayiət olunacaq.
Azərbaycanın ən tanınmış musiqiçilərindən biri olan İsfar, Montreux Caz Festivalının qalibi, Warner Music Group sənətçisidi. O Bakıdan Parisə və Nyu-Yorka qədər səhnələrdə çıxış edən beynəlxalq ifaçıdır. Onun musiqisi texniki mükəmməlliyi və emosional dərinliyi bir araya gətirərək janrları və sərhədləri aşır.
İsfarın son dövrlərdə təqdim etdiyi elektro-muğamla zənginləşdirilmiş setləri artıq bir sıra beynəlxalq səhnələrdə səslənib. İndi isə doğma şəhəri Bakı yenidən onun səhnəsinə çevrilir.
Modanın, musiqinin və müasir incəsənətin möhtəşəm sintezini qaçırmayın!
Line-up:
Dihaj (live)
Maya Aziz
Biletlər:
– Early Bird — 40 AZN (yalnız 100 bilet)
– Dancefloor — 50 AZN
– Backstage — 120 AZN
– VIP — 150 AZN

8 ₼-dan
15 ₼-dan
10 ₼-dan
4 ₼-dan
20 ₼-dan
8 ₼-dan