Boris Brejcha & Moritz Hofbauer

Tədbir haqqında

ALICILARIN NƏZƏRİNƏ!

BU TƏDBİRƏ ƏLDƏ OLUNAN BİLETLƏRİN QİYMƏTİNİN ÜZƏRİNƏ ƏLAVƏ 8% XİDMƏT HAQQI HESABLANACAQ.

Boris Brejcha – yüksək enerjili elektron ritmlərin maestrosu, Azərbaycanda ilk dəfə çıxışı üçün hazırlanır!

Bu müstəsna hadisə 14 dekabrda EXPO MƏRKƏZİ’ndə baş tutacaq.

Boris Brejcha özünü ifadə edən bir addır. Alman texnosunda yeni dalğanın müstəsna nümayəndəsi, unikal “high-tech minimal” janrının yaradıcısı, ilk dəfə Azərbaycanda minlərlə izləyicilərinə çoxdan gözlənilən setini təqdim edəcək! O, artıq bütün əsas elektron festivalların izləyicilərinin qəlbini fəth etmişdir!

Rəqs meydançası senseinin yaradıcılığı ilə tanış olmayanlar, artıq o gecə artistin bir neçə trekini playlistlərinə əlavə edəcəklər.

Boris sənətini özü təyin etdiyi kimi, qeyri-adi musiqiçiləri də ətrafına toplayır. “Fcking Serious” ailəsinə üç ildən artıq qəbul edilmiş Moritz Hofbauer həmin artistlərdəndir. Canlı performansları ilə, o, insanlara musiqisindən və özündən yeni şeylər aşılayır.

Tədbir “Monument” şirkəti tərəfindən təşkil olunur. Təşkilat, Gürcüstanda uzun illər boyu işləyərək, tədbir sənayesinin bütün yeniliklərini və trendləri izləyərək, işıq və video quraşdırmalarında yeni tendensiyalar təqdim edir. Organizasiyada Azərbaycandakı hər klaberin tanıdığı Solong təşkilatı kömək edəcəkdir. Buraya məkanlar, artistlər və əlbəttə ki, peşəkar yanaşma əsasında unikal tədbirlər daxildir.

Bütün bunlar ümumilikdə Azərbaycanda İLİN HADİSƏSİ olmağı iddia edir! 2024-cü ildə emosiyalarınızı pikə çatdırmaqçün bilet almağa tələsin!

Bilet kateqoriyaları:

DANCE – əsas rəqs meydançasına giriş bileti.

BACKCTAGE:

– Əraziyə ayrıca giriş
– Podium - Səhnə performansının sehrini izləyə biləcəyiniz rəqs meydançası
– Ayrı bar;
– Rahat bar masaları (oturacaqsız);
– Ayrı WC.

Bütün biletlər sizə tədbir ərazisinə yalnız BİR DƏFƏ daxil olmaq hüququ verir. Expo Center-i tərk etsəniz yenidən giriş üçün yeni bilet almalı olacaqsınız!

Yaş məhdudiyyəti / Dil

18+
Boris Brejcha & Moritz Hofbauer Boris Brejcha & Moritz Hofbauer

Məkan yeri
Heydər Əliyev prospekti 515, Bakı, Azərbaycan, AZ1050