Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Dünyanın ən möhtəşəm şəhərlərində böyük maraqla qarşılanan şam işıqlı konsert formatı indi Bakıda tamaşaçılarla görüşür! Yüzlərlə şamın yaratdığı romantik və təsirli atmosferdə bu dəfə türk seriallarının yaddaşlara həkk olunmuş melodiyaları səslənəcək.
Proqramda:
Muhteşem Yüzyıl – ehtişam və saray intriqalarının möhtəşəm melodiyaları
Kara Sevda – dərin sevgi və dramatik duyğular
Medcezir – gənclik enerjisi və romantika
Aşk-ı Memnu – ehtiras və qadağan olunmuş sevginin təsirli musiqiləri
Sevilən serialların saundtrekləri fortepiano və simli alətlərin canlı ifasında yeni nəfəs qazanacaq. Musiqi, işıq və atmosfer birləşərək tamaşaçıları həm nostalji, həm də emosional bir axşama aparacaq.
Gecə boyunca böyük ekranda filmlərdən seçilmiş yaddaqalan səhnələr nümayiş olunacaq. Musiqi və vizual kadrların sintezi tamaşaçıları sanki filmin içərisinə aparacaq.

8 ₼-dan
15 ₼-dan
20 ₼-dan
Biletlər satılıb
5 ₼-dan
Biletlər satılıb