Şam İşığında: İmamyar Həsənov. Candlelight Baku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Dünyaca tanınmış Azərbaycan kamança ustası İmamyar Hasanov ilk dəfə Bakıda solo konsert proqramı ilə çıxış edir. 🕯️🎻

Bu xüsusi axşamda milli musiqi irsimizin ən dərin və emosional çalarlarını özündə birləşdirən kamança alətinin sehrli səslənməsi dinləyiciləri unudulmaz bir musiqi səyahətinə aparacaq. İmamyar Hasanovun illər ərzində formalaşmış özünəməxsus ifa tərzi, improvizasiya mədəniyyəti və dərin hissiyyatı bu konserti Bakıda ilk və bənzərsiz musiqi hadisəsinə çevirəcək.

Proqram təxminən 80 dəqiqə davam edir. Konsert proqramında “Laçın”, “Ay İşığında”, “Fəridəm” və bir-birindən dəyərli Azərbaycan xalq mahnıları səsləndiriləcəkdir.

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

 Müddət:  80 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

 ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Şam İşığında: İmamyar Həsənov. Candlelight Baku Şam İşığında: İmamyar Həsənov. Candlelight Baku

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan