Şam İşığında: “NAZ” vokal ansamblı.Candlelight Baku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

“NAZ” vokal ansamblı ilk konsert proqramı ilə dinləyicilər qarşısına çıxır. Bu xüsusi musiqi axşamı 8 Mart — Dünya Qadınlar Gününə həsr olunur. 🕯️🎶

Gecədə milli və retro musiqimizin sevilən nümunələri çoxsəsli vokal ifasında və piano müşayiəti ilə səsləndiriləcək. Nostalji ruh, zərif harmoniya və canlı səhnə enerjisi dinləyicilərə duyğulu və yaddaqalan musiqi təcrübəsi yaşadacaq.

Çoxsəsli vokal ifalar Xanımana Məmmədzadə, Firuzə Məmmədova, Əminə Hacıyeva, Sevil Əsədullayeva və Nigar Rüstəmovanın ifasında təqdim olunacaq və bütün çıxışlar piano müşayiəti ilə səslənəcək.

Konsert proqramı təxminən 80 dəqiqə davam edir. Şam işığında qurulan atmosfer bu gecəni qadınlara ithaf olunmuş zərif və xüsusi musiqi axşamına çevirəcək.

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

 ⏳ Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

 ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Şam İşığında: “NAZ” vokal ansamblı.Candlelight Baku Şam İşığında: “NAZ” vokal ansamblı.Candlelight Baku

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan