Retro axşamı. Şam işığında. Candlelight Baku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Minlərlə şam işığının sehrində bir təcrübəyə hazırsınızmı?

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

21 fevral tarixində Azərbaycan klassiklərinin qızıl dövrünə həsr olunmuş retro axşamı Kamera və Orqan Musiqisi Zalında, Candlelight Retro Ensemble ifasında şam işığında təqdim olunacaq. Bu xüsusi gecədə Azərbaycan estradasının və klassik vokal ənənəsinin ən dəyərli nümunələri retro ruhunda, zərif və emosional interpretasiyada səslənərək dinləyiciləri nostalji və xatirələrlə dolu bir musiqi səyahətinə aparacaq.

Candlelight Retro Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, bir neçə fərqli vokalist və instrumental tərkibdən ibarət seçilmiş musiqi ansamblıdır. Ansamblın tərkibinə piano, zərb alətləri, tar və kamança daxildir. Kollektivin zəngin səhnə təcrübəsi, üslublararası balansı və canlı interpretasiya üslubu retro repertuarı müasir Candlelight atmosferində yenidən canlandıraraq, hər ifanı minlərlə şam işığı fonunda emosional və yadda qalan bir musiqi təcrübəsinə çevirir.

 Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

 ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Retro axşamı. Şam işığında. Candlelight Baku Retro axşamı. Şam işığında. Candlelight Baku

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan