Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
🌟 Əziz Şuşalılar, şəhərin dəyərli qonaqları və musiqisevərlər!
🎶 Şam işığı konsertləri ilk dəfə Şuşada!
✨ Tarixin, mədəniyyətin və musiqinin qovuşduğu bu ecazkar gecəyə hazırsınızmı?
🌍 Londondan Sidneyə, Oslodan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi “Şam işığı” konsertləri, tarixi tikililərdə və özünəməxsus məkanlarda şam işığında keçirilən klassik musiqi axşamları ilə fərqlənir. Artıq bu sehrli ənənə Bakının ardından ilk dəfə Şuşaya gəlir!
🎻 Konsert proqramında: Üzeyir Hacıbəyli, Hans Zimmer, Ludovico Einaudi və digər sevilən dünya şöhrətli bəstəkarların əsərləri simli kvartet və piano müşayiəti ilə səslənəcək.
🕰️ Tədbirin müddəti: 60 dəqiqə (Qapılar tədbirdən 30 dəqiqə öncə açılır. Vaxtında gəlib yerinizi tutmağınız arzu olunandır.)
🕯️ Şam işığında Azərbaycanın ən gözəl və tarixi şəhərlərindən birində unudulmaz bir musiqi axşamı yaşamaq istəyirsinizsə, bizə qoşulun.
Bilet əldə edib Şuşaya səfər edəcək şəxslər mütləq portaldan qeydiyyatdan keçməlidir.

8 ₼-dan
15 ₼-dan
10 ₼-dan
4 ₼-dan
20 ₼-dan
8 ₼-dan