Cavan Cosplay And Gaming Festival

Tədbir haqqında

Avqust ayının 31-i Bakı Konqres Mərkəzində möhtəşəm “CAVAN Cosplay & Gaming Festival”-ı keçiriləcək!

Festivalda siz:

* xarici qonaqlardan avtoqraf ala, 
* kiberidman turnirlərində iştirak edə, 
* sevimli personajınızın obrazında səhnədə çıxış edə, 
* stolüstü oyunlar oynaya, 
* ən son yarış simulyatorlarını sınaya, 
* VR dünyasına qərq ola və 
* PvP-də bir çox hədiyyələr qazana bilərsiniz.

Asiya mədəniyyətini sevənlər üçün də əla xəbərimiz var - festivalda yarmarka, kumirlərinizin fiqurları və Koreya küçə yeməkləri olan ayrıca zalı olacaq.

Biz balacaları da unutmamışıq - uşaqlar üçün xüsusi bir zal ayrılıb, orada onlar üçün animatorlar, cürbəcür oyunlar və rəsm yerləri nəzərdə tutulub.

Tədbirdə həmçinin biri Konqres Mərkəzinin içərisində, digəri isə xaricində olmaqla iki yemək meydançası olacaq. Proqramın sonunda isə bütün qonaqları rok qruplarının çıxışları və DJ ilə diskoteka gözləyir.

BİLETLƏRİN NÖVLƏRİNƏ DAXİLDİR:

STANDART

* Əsas zalda tədbiri izləmək üçün əyləşmə imkanı (özünüzə uyğun təsadüfi boş yeri seçərək əyləşə bilərsiniz)
* Oyun və kiberidman zonasından istifadə
* Əyləncəli yeməklər zonalarından istifadə

GAMER

* Kiberidman turnirlərə qeydiyyat (qeydiyyat tədbirdə gaming zalında saat 11:00-dan 13:00-dək aparılacaq)
* Əsas zalda tədbiri izləmək üçün əyləşmə imkanı (özünüzə uyğun təsadüfi boş yeri seçərək əyləşə bilərsiniz)
* Oyun və kiberidman zonasından istifadə
* Əyləncəli yeməklər zonalarından istifadə

DİQQƏT! 
Kiberidman turnirlərdə iştirak etmək üçün “GAMER” bilet növünün əldə olunması mütləqdir! Biletin növü qeydiyyat zamanı yoxlanılacaq. 

FAMILY 

* 3 və ya daha çox üzvdən ibarət olan AİLƏLƏR üçün ENDİRİMLİ bilet (minimum 3 maksimum 6 nəfərə qədər üzvdən ibarət olan ailə üçün; ailədə mütləq 1 valideyn (ata, ana, baba və ya nənə) olmalıdır; qiymət bir nəfər üçün 15 AZN təşkil edir
* Əsas zalda tədbiri izləmək üçün əyləşmə imkanı (özünüzə uyğun təsadüfi boş yeri seçərək əyləşə bilərsiniz)
* Oyun və kiberidman zonasından istifadə
* Əyləncəli yeməklər zonalarından istifadə 
*Müəyyən edilmiş qaydalara əməl edilmədikdə, təşkilatçı şəxsləri tədbirə buraxmamaq, habelə pulun qaytarılmasından imtina etmək hüququnu özündə saxlayır.

VIP

* Sürətli prioritet keçid 
* Tədbirə vaxtından əvvəl giriş (saat 10:00-da)
* Kiberidman turnirlərə qeydiyyat (qeydiyyat tədbirdə gaming zalında saat 11:00-dan 13:00-dək aparılacaq)
* Əsas zalda tədbiri izləmək üçün ön sıralarda xüsusi seçdiyiniz VIP yer 
* Oyun və kiberidman zonasından istifadə
* Əyləncəli yeməklər zonalarından istifadə

FESTİVALIN PROQRAMI:

11:00 - Qapıların açılması
12:00 - Zalda tədbirin möhtəşəm açılışı (rəqslər ilə)
12:15- Tamaşa (Harry Potter)
13:00 - Solo Cosplay Show yarışması
14:00 - Spikerlərin çıxışı
15:00 - Group Cosplay Show yarışması
15:30 - K-pop müsabiqəsi
16:15 - Aftoqraf sessiya
17:00 - Kiberidman yarışların final mərhələləri
17:45 - Qaliblərin mükafatlandırılması
18:15 - Bağlanış mərasimi
19:00 - After party

Yaş məhdudiyyəti / Dil

6+
Cavan Cosplay And Gaming Festival Cavan Cosplay And Gaming Festival