" Cinema Hits Show "

Tədbir haqqında

Fevralın 23-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə, “Cinema Hits Show” konsert proqramı keçiriləcək.
Konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq. İP Orchestranın təqdimatında “Titanic”, “The Godfather”, “Game of Thrones”, “Fifth Element”, “Sherlock Holmes”, “Star Wars”, “Pirates of the Caribean”, “Harry Potter”, “Kill Bill”, “Pink Panther”, “Pretty Woman”, “Джентльмены удачи”, “Бриллиантовая рука” və sairə əfsanəvi kinofilmlərdən musiqilər səsləndiriləcək.
İqor Ponomarenko dəfələrlə Azərbaycanda böyük konsert proqramları ilə çıxış edən məşhur rus musiqiçi, dirijor, bəstəkar və IP Orchestra layihəsinin rəhbəridir. 2000-ci ilə qədər məşhur "Terem-Quartet"-in musiqiçisi kimi tanınmışdı, sonradan - "Ma.Gr.Ig.Al." qrupunu yaratdı. Ponomarenko dirijor kimi Dubayda debüt etdi - "Transformers" filminin musiqisinə yazılmış yeni "Concordia" layihəsini təqdim etdi. Rusiyada və xaricdə konsert fəaliyyəti ilə uğurla məşğuldur. Hal-hazırda Rusiyada
Dima Bilan, Bi-2, Moral Codeks, Leninqrad, xarici səhnədən isə Ken Hensley kimi məşhur ifaçılarla əməkdaşlıq edir.

Yaş məhdudiyyəti / Dil

" Cinema Hits Show " " Cinema Hits Show "