Nərgiz Salmanlının sinif konserti

Tədbir haqqında

Iyun ayının on beşi Beynəlxalq Musiqi Mərkəzinin səhnəsində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçiriləcək. Bakı Musiqi Akademiyası"İxtisas Fortepiano"kafedrasının pedaqoqu ,sənətşunaslıq üzrə fəlsəfə doktoru,dosent Nərgiz Salmanlının sinif tələbələrindən ibarət konsert təşkil olunacaq.Tələbələrlə bərabər BMM-nın səhnəsində tanınmış musiqi ifaçıları da öz çıxışları ilə konsertə maraq və rəngarənglik qatacaqlar.Konsert proqramı  repertuar genişliyi ilə seçilir.Burada F.Şubert,F.Mendelson,S.Frank,A.Dvorjak,K.Debussi,S.Prokofyev,D.Şostakoviç,E.İbraqimova-nın əsərləri səslənəcək.Qeyd etmək lazımdır ki,əsərlər dünya klassik musiqi incilərinin ən nəhəng nümunələrindəndir.

Yaş məhdudiyyəti / Dil

6+
Nərgiz Salmanlının sinif konserti Nərgiz Salmanlının sinif konserti