Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Konserti

Tədbir haqqında

6 mart 2025-ci il tarixində, saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 90 illik yubileyinə həsr olunmuş Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiət etdiyi konsert proqramı təqdim olunacaq.

Konsertdə Əməkdar artistlər Almaz Orucova, Çinarə Heydərova (qanun), Nurlan Növrəsli, Xəyyam Məmmədov (kamança), həmçinin gənc ifaçılar Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli və digər sənətçilər Fikrət Əmirovun əsərlərini səsləndirəcəklər.

Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər. 
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.

Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur.  Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.

Yaş məhdudiyyəti / Dil

6+
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Konserti Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Konserti