Qazaxıstanın Mezzo musiqi qrupunun konserti

Tədbir haqqında

Mezzo – klassik və pop musiqisinin elementlərinin sintezi olan klassik krossover musiqi üslubunda çıxış edən Qazaxıstanın məşhur vokal qrupudur.

2012-ci ildə yaradılan və 4 istedadlı gəncdən ibarət Mezzo qrupu Andrea Bocelli, İl Divo, Josh Groban, Alessandro Safina, Elton John, Elvis Presley, Frank Sinatra kimi ifaçıların repertuarlarından olan mahnılara kaver və özlərinin yazdığı mahnıları dünyanın müxtəlif dillərində ifa edirlər. Musiqi təhsilinə və incə, yaradıcı zövqə malik Mezzo qrupunun solistləri seçdikləri musiqi istiqamətinin qanunlarına riayət etməklə və ifa etdiyi hər bir mahnıda öz üslubunu işlətməklə pop musiqisinin təkrarolunmaz interpretasiyasını təqdim edirlər.

Qrup həm Qazaxıstanda, həm də xaricdə qastrollarda uğurla çıxış edir. Gənc ifaçılar Astanada, Nyu Yorkda, Londonda, Qahirədə, Kiyevdə alqışlarla qarşılanıb.

Yaş məhdudiyyəti / Dil

3+
Qazaxıstanın Mezzo musiqi qrupunun konserti Qazaxıstanın Mezzo musiqi qrupunun konserti