Vyana Ştraus Festival Orkestrinin konserti

Tədbir haqqında

Məşhur Vyana Ştraus Festival Orkestri aprelin 28-də Heydər Əliyev Mərkəzində növbəti konsert proqramı iləçıxış edəcək.

Orkestrin bu vaxtadək Mərkəzdə təşkil olunan konsertlərin hər biri anşlaqla keçib.

Orkestrin yaradıcısı və bədii rəhbəri, avstriyalı skripkaçı və dirijor Peter Qutun rəhbərliyi ilə baş tutacaq bu dəfəki konsertdədə tamaşaçıları maraqlı repertuar və gözəl şou gözləyir. Virtuoz skripkaçı Peter Qut İohan Ştraus ənənəsinin davamçısı olaraq ifası ilə dinləyiciləri valehedir. O,  mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir.

1978-ci ildən fəaliyyət göstərən Vyana Ştraus Festival Orkestri dünyada Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə tanınır. Orkestr müxtəlif festivalların, o cümlədən Avropada hər ilk keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır.

Zalagiriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.

Yaş məhdudiyyəti / Dil

6+
Vyana Ştraus Festival Orkestrinin konserti Vyana Ştraus Festival Orkestrinin konserti