Yaxşı, dostlar, dəniz şeytanı ilə görüşməyə hazırsınız?
Bu yayın ən macəralı və gözəl tanışlar ilə dolu tədbiri olan Cosplay Fest Baku-dan Pirate Party ilə tanış olun 3 sentyabr Sea Breeze Box City məkanında siz bütün günü One Piece xəzinəsini axtararaq keçirib, su döyüşündə iştirak edəcəksiniz. Müxtəlif növ çimərlik oyunlarını nəzərdən keçirdə , cosplay şousunda kostyumunuzu nümayiş etdirib və gözəl hədiyyələr qazana bilərsiniz Tədbirdə həmçinin hər kəsin sevimli stendləri, dadlı yeməklər və DJ Narosh-dan gözəl musiqi olacaq K-pop sevənlərə də şad xəbərimiz var - onlar tədbirdə random rəqslərlə çıxış edə və sponsorumuzdan Milky Koppy (K-pop mağazası) hədiyyələr qazana bilərlər Axşam isə dadlı qəlyanaltılarla "Karib Dənizinin Quldurları" filminə xoş kampaniyada baxa biləcəksiniz
Yaxşı, nəyi gözləyirsiz?
Tələsin, dəsmallarınızı və əlavə paltarlarınızı götürün və pirat macərasına çıxın
- Tədbirə səhər saat 10:00 dan gələ bilərsiniz, 22:00-a kimi davam edəcək; pirat geyimli cosplayerlər və qonaqlar saat 17:00-da DJ-dən random musiqi ilə çıxış edə biləcəklər
‼️ Valideynlərdən çox xahiş edirik - tədbirdə uşaqları gözdən qaçırmayın və onları tək qoymayın
- Qonaqlar çimərlik zonasına, hovuza, Box City restoranlarına və uşaq meydançasına çıxış əldə edəcəklər
- Ərazidə yalnız tədbirimizin iştirakçıları olacaq, girişdə bilet yoxlanıldıqdan sonra sizə unikal bilərziklər taxılacaq
- Box City-nin girişi Sea Breeze-in əsas girişindən 300 metr məsafədə yerləşir; Tədbir sahəsinə yalnız oradan daxil ola bilərsiniz, əsas qapıdan giriş olmayacaq
- Tədbirin ərazisində parkinq var, maşınla gələ bilərsiniz
- Qida və içkilər biletin qiymətinə daxil deyil, onları tədbir ərazisində Box City-dən əldə edə bilərsiniz
Bu yayın ən unudulmaz tədbirində görüşənədək

8 ₼-dan
30 ₼-dan
Biletlər satılıb
15 ₼-dan
49 ₼-dan
35 ₼-dan