ELDAR  MANSUROV - 70

Tədbir haqqında

   Oktyabrın  2-də  Heydər Əliyev Sarayında bəstəkar, Xalq artisti Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.

   Yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Cavan Zeynallı, Əməkdar artistlər Manana Caparidze Elton Hüseynəliyev və başqaları çıxış edəcəklər. İfaçıları səhnədə Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşaiyət edəcək.

      Saat 19:00-da başlayacaq yubiley konsertinin biletləri şəhərin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.

 

Yaş məhdudiyyəti / Dil

6+
ELDAR  MANSUROV - 70 ELDAR  MANSUROV - 70