Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Muğam — Azərbaycan musiqisi
Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkədir. Bu torpağın əsrlərdən gələn ruhu, duyğusu və fəlsəfəsi musiqisində yaşayır.
Kökü dərin keçmişə söykənən muğam — Azərbaycan şifahi ənənəli musiqisinin ən möhtəşəm və ən ali janrıdır. Onun hər sədası tarixdən gələn bir hekayə, hər improvizasiyası isə qəlbin ən incə hisslərinin ifadəsidir.
UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilən Azərbaycan muğamı bu gün də öz ecazkar gücü ilə insanları valeh edir.
Muğam, xalq mahnıları, xalq musiqisi və onların əsasında bəstələnmiş əsərlər — bütün bu zəngin irs sizlərə təqdim olunmaq üçün öz zamanını səbirsizliklə gözləyir.
Bu, sadəcə musiqi deyil.
Bu — Azərbaycanın ruhudur. ✨
Bilet qiymətləri:
1–2 sıra: 25 AZN
3–4 sıra: 20 AZN
5–6 sıra: 15 AZN
Qeyd: Tədbir məkanına sessiya başlamazdan 30 dəqqiqə əvvəl gəlməyiniz xahiş olunur.

40 ₼-dan
8 ₼-dan
4 ₼-dan
10 ₼-dan
20 ₼-dan
45 ₼-dan