Xan Şuşinskinin xatirə gecəsi

Xan Şuşinskinin xatirə gecəsi

Tədbir haqqında

COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

    Martın 5-də Heydər Əliyev Sarayında Azərbaycan muğam sənətinin, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək.
   Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, “Şuşa ili” çərçivəsində baş tutacaq gecədə Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Mələkxanım Eyyubova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, tanınmış xanəndələr Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak edəcəklər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşaiyət edəcək.
   Xatirə gecəsində xanəndənin repertuarında yer alan “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olunacaq. Həmçinin, Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng ceyran”, “Ay qara qız”, “Qızılgül” və sairə mahnıları incəsənət ustalarının ifasında təqdim olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Sarayı “Şuşa ili” çərçivəsində çoxsaylı silsilə tədbirlər hazırlayıb keçirəcəkdir.

 

Yaş məhdudiyyəti / Dil

6+
Xan Şuşinskinin xatirə gecəsi Xan Şuşinskinin xatirə gecəsi