Dinləyicilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, “Sound pro” media qrup uzun illər sonra paytaxtımızda yaradılan “big band sound pro”-nun müşayiətilə Eyyub Yaqubovun konsertini həyata keçirdəcək. Gecədə Dövlət Televiziyasının solisti, eyni zamanda “Big band"in bədii rəhbəri Fuad Musayev və müğənni Natavan Cəbizadənin canlı ifaları da yer alacaq. Musiqili gecə 20-21 iyul, saat 20:00-da “Yaşıl teatr”da baş tutacaq.
Qeyd edək ki, Fuad Musayevin bədii rəhbəri olduğu “Big band” noyabr ayında Şəhriyar adına mədəniyyət mərkəzində iki gün, fevral ayında Heydər Əliyev sarayında 4 gün, 14 fevralda isə Gəncə Flarmoniyasında böyük konsert proqramı ilə çıxış edib.