QALA KONSERT

Tədbir haqqında

Mayın 25-də Heydər Əliyev Mərkəzində qala konsert təqdim olunacaq. Klassik musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.

Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, yerli və beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinarə Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanin opera ifaçısı Ambrogio Maestri (bariton) çıxış edəcək.

Yaş məhdudiyyəti / Dil

6+
QALA KONSERT QALA KONSERT