
Moon Life Jurnalının Mükafatlandırma Gecəsi

Moon Life Jurnalının Mükafatlandırma Gecəsi
Təsvir
Türkiyənin sevilən serial aktyorları Bakıya gəlir!
Türkiyənin tanınmış jurnalı Moon Life ənənəvi mükafat gecəsini 22 noyabr 2026-cı il tarixində Bakı Konqres Mərkəzində keçirəcək. Gecədə Türkiyənin sevilən serial aktyorları və sənət nümayəndələri iştirak edəcəklər.
Tanınmış aparıcı Ebru Akelin təqdimatında baş tutacaq tədbirin fəxri qonaqları türk kinosunun əfsanəvi simaları Türkan Şoray və Ediz Hun olacaq. Möhtəşəm mükafat gecəsi Petek Dinçözün konsert proqramı ilə yekunlaşacaq.
Qardaş Azərbaycanda keçiriləcək bu tədbir Türkiyə və Azərbaycan arasında mədəni və sənət əlaqələrinin möhkəmlənməsinə, eləcə də iki ölkənin sənət nümayəndələrinin beynəlxalq platformada bir araya gəlməsinə töhfə verəcək.
Qaydalar
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
