Dahilər

Tədbir haqqında

Aprelin 11-də Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.
Bakı Sinfonietta Orkestrinin və Gülarə Əliyeva adına "Dan Ulduzu" instrumental ansamblının müşaiyəti ilə baş tutacaq tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Zaur Rzayev, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Arzu Əliyeva, Rəşad İlyasov, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva, tanınmış ifaçılar Samir Piriyev, Nazim Faytonçu, Səbinə Ərəbli, Zabitə Alıyeva,Zamiq,Azad Şabanov, Humay Aslanova və başqaları çıxış edəcəklər.
Tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirik ki, ifaçıların siyasına yaxın günlərdə yeni əlavələr olacaqdır.

Yaş məhdudiyyəti / Dil

6+
Dahilər Dahilər