HAKAN ALTUN

Tədbir haqqında

Arabesk və fantaziya musiqisinin güclü səslərindən biri, 7-dən 77-yə qədər hər kəs tərəfindən sevilən Hakan Altun 25 may 2024-cü il tarixində Bakıda olacaq.

Televiziya proqramları, albomları, konsertləri, bəstələri və sosial şəbəkələrdə pərəstişkarları ilə daim təmasda olmağı sevən Hakan Altun indi də hər kəsin əzbər bildiyi və çox sevdiyi mahnıları ilə Bakıdadır.

Telefon başında çarəsiz gözləyənlərdənsinizsə, yaralarınızı sağaltmağa Hakan Altun gəlir. 25 may 2024-cü il tarixində Bakı Konqres Mərkəzində arabesk və fantaziya musiqisinin qüdrətli səslərindən biri olan Hakan Altun hit mahnıları olan ‘Hani Bekleyecektin’, ‘Duyanlara Duymayanlara’, ‘İstanbul Olmaz Olsun’ və digər hit mahnılarını Azərbaycanlı pərəstişkarları üçün ifa edəcək..

Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.

Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.

Yaş məhdudiyyəti / Dil

6+ / Türkçe
HAKAN ALTUN HAKAN ALTUN

Məkan yeri
Təbriz Küçəsi, Bakı, Azərbaycan