Evdə tək. Mystery Ensemble. Multimediyalı film konserti.

Tədbir haqqında

Əfsanəvi "Evdə tək" filmindəki sevimli musiqilər altında  gözəl bir böyük ekran videosunun müşayiəti ilə Yeni il atmosferinin sehrinə qərq olun!

Məşhur Mystery Ensemble orkestrindən olan virtuoz musiqiçilər sizin üçün məşhur Milad bayramı komediyasının ən parlaq və yaddaqalan kompozisiyalarını topladılar və sizə unudulmaz bir bayram axşamı konserti hazırladılar.

Musiqiçilərin ustalığı və ən yeni texnologiyalar sayəsində özünüzü dərhal Yeni il nağılının qəhrəmanları kimi hiss edəcəksiniz — böyüklərdə və uşaqlarda unudulmaz  duyğular!

Macaulay Culkin-in Kevin McCallister rolunu oynadığı "Evdə tək" filmi 1990-cı ildə nümayiş olundu və ABŞ tarixində ən çox gəlir gətirən Milad bayramı filmi oldu. Milad bayramında unudulmuş bir oğlan haqqında 18 milyon dollar büdcə ilə çəkilən film, demək olar ki, 480 milyon dollar gəlir əldə etdi.Hər kəs bu gülməli hekayəni xatırlayır: Amerikalı ailə Çikaqodan Avropaya yola düşür. Lakin tələsdikləri üçün valideynlər ailənin balaca övladı Kevin Makkalisteri evdə unudurlar. Balaca Kevin isə heç də evdə tək olmaqdan qorxan biri deyil. Çünki səyahət ərəfəsində o, Santa Klausdan valideynlərinin yox olmasını istəmişdi. Evdə azadlıq əladır! Lakin iki axmaq oğru onun həzzinə mane olmaq istəyir. Kevin həm özünü, həm evini oğrulardan qorumalıdır.

Ən uğurlu film bəstəkarlarından biri olan Con Uilyamsın təsirli saundtreki "Film üçün ən yaxşı musiqi" kateqoriyasında Oskar mükafatına namizəd olub. Uilyams həmçinin "Çənələr", "Supermen", "Yadplanetli", "İndiana Cons: itmiş gəminin basqınçıları", "Şindlerin siyahısı", "Yura dövrü  parkı", "Ulduz müharibələri", "Harri Potter" və s.kimi məşhur filmlərə musiqi bəstələyib.

Uilyams dörd Olimpiya oyunları, bir çox televiziya serialları və konsert nömrələri üçün musiqi yaradıb. Beşqat "Oskar" mükafatı, 25 "Qremmi" mükafatı laureyatıdır.

Bayram mövsümünün Yeni il multimediya film konsertinə bilət əldə etməyə tələsin!

Konsertin idarə və təşkilat agentliyi — RED EVENTS & Distribution ltd, Rusiyada, Böyük Britaniyada, Avropada və digər ölkələrdə həmçinin Azərbaycanın qədim,şam yandıran malikanələrində, damlarda, istixanalarda, planetariumlarda və digər  ən atmosferli yerlərində unikal, mə’dəni tədbirlər təşkil edir. Həmçinin repertuarda sənət və səs məkanında şam işığı konsertləri və multimedia konsertləri də var. Rəsmi saytımız: www.redevents.az.

Saat 20:00-da başlayır.

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 20, Azərbaycan, AZ1014

İFAÇILAR

🎻 Mystery Ensemble

Mystery Ensemble-ən aktual musiqini ifa edən unikal kollektivdir. Akustik simli alətlərin canlı səsi, bənzərsiz tənzimləmələr, virtuoz klaviatura və sənətkarlıq! Öz işlərində bir professionaldırlar. Orkestr Azərbaycanın ən atmosfer zallarında sehrli əhval-ruhiyyə yaradır.

PROQRAMDA

- Main title (Somewhere in my memory)

- Holiday Flight

- The house

- Star of Bethlehem

- Man of the house

- White Christmas

- Scammed By a Kindergartner

- Please come home for Christmas home alone

- Follow that kid

- Making the Plane

- O holy night

- Carol of the bells

- Star of Bethlehem

- Setting the trap

- Somewhere in my memory

- The attack on the house

- Mom returns and Finale

- Have yourself a merry little Christmas

- We wish you a merry Christmas 

* Proqramda dəyişikliklərin mümkün olduğuna diqqət yetirin!

Yaş məhdudiyyəti / Dil

6+
Evdə tək. Mystery Ensemble. Multimediyalı film konserti. Evdə tək. Mystery Ensemble. Multimediyalı film konserti.

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014