
IN'terpretation x Det Gode Selskab

IN'terpretation x Det Gode Selskab
Təsvir
28 avqust tarixində Maize Beach Det Gode Selskab-ın ürəyində duran iki simanı qarşılayır. Tod Louie və Thomas Refvik artıq 15 illik yubileyini qeyd edən Oslo leyblı və kollektivinin ilk günlərdən sükanı arxasında olan adlardır. Ən başından bəri rezident kimi onlar Det Gode Selskab-ın inkişafının, icmasının, tədbirlərinin və səs xarakterinin bütün mərhələlərində yer alıblar.
İllər ərzində Tod Louie House, Techno və bunların ötəsində rahatlıqla keçid edən enerjili, janrlararası setləri ilə Oslonun ən hörmətli selektorlarından birinə çevrilib.
Thomas Refvik isə dərin və özünəməxsus seçimləri ilə kollektivin səslənməsinin böyük bir hissəsini formalaşdıran çoxillik vinil kolleksiyaçısı və kuratordur.
Onlara Bakı səhnəsindən lokal artistlərimiz - Mozzy və Insider qoşulacaq. Bütün gecə boyunca isə bizi VMT-dən vizual səyahət gözləyir.
Tuborg-un dəstəyi ilə.
