Jacky Terrasson & Stephane Belmondo

Tədbir haqqında

Bakıda Premier Art Management prodüser agentliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan yeni jazz layihə “Baku Summer Jazz Days” çərçivəsində Jacky Terrasson və Stephane Belmondo dueti öz yeni TERRAMONDO (Mother) layihəsini təqdim edəcəklər. Jacky Terrasson caz pianistləri arasında ən məşhurlardan biri, Fransanın Telerama jurnalına əsasən “xoşbəxtliyin pianoçusu”, öz ifası ilə dinləyicilərini düz eyforiya halına gətirən bir sənətkardır. 1993-cü ildə Thelonius Monk yarışındaki qazandığı triumfdan sonra, Jacky Terrasson New York Times jurnalında Amerikanın mədəniyyətini yaxın 30 il ərzində dəyişmə qabiliyyətinə malik olan 30 artist siyahısına daxil edilib. O müntəzəm olaraq solist kimi və trio daxilində ən böyük caz festivallarda (Montreal, San Francisco, Montreux, North Sea Jazz, Marciac) və ən prestijli piano festivallarında (Klavier Ruhr Festival, Lucerne, La Roque d’Anthéron, Piano aux Jacobins) iştirak edir. O həmçinin requlyar olaraq Asiya, ən çox da Yaponiyada, Cənubi Koreyada və Çində, Avropada və ABŞ-ın səhnələrində çıxış edir. Caz dünyasının ən nəhəng truba ifaçılarından biri – Stepane Belmondo 19 yaşından musiqi dünyasını açır və tezliklə caz səhnəsinin sevimli musiqiçilərindən birinə çevrilir. Michel Legrand, Laurent Cugny, Stephane Grapelli, Chet Baker, Dee Dee Bridgewater kimi məşhur sənətkarlar onu öz turnelərinə tez tez dəvət edirlər. Onun yaxın dostu pianist Jacky Terrassonla 2016-cı ildə qarşılaşıb, birlikdə Terramondo duetində yaratdıqları Mother adlı layihə tezliklə dünya məşhurluğunu qazanıb. 2014-cü ildən başlayaraq 20-dən artıq ölkələrdə 150-ə yaxın konsert verən TerraMondo caz dünyasında ən uğurlu duetlərdən biridir. Onların uğurunun sirri 30 ildən artıq səmimi dostluq, musiqi və emosional qarmoniya, repertuarın azadlığı və daimi musiqi ilə bölüşmək arzusudur. Beşinci il dalbadal onlar yay turuna çıxıb, bütün sezon boyu Bakının Muğam mərkəzi daxil olmaqla müxtəlif səhnələrdə, festivallarda, konsert zallarında, caz klublarında və daha gözlənilməyən məkanlarda möhtəşəm şou göstərəcəklər.

Yaş məhdudiyyəti / Dil

0
Jacky Terrasson & Stephane Belmondo Jacky Terrasson & Stephane Belmondo