Cahangir Cahangirov 105

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyi münasibətilə təşkil olunan bu konsert onun zəngin yaradıcılığına ehtiramın ifadəsidir.

Proqramda bəstəkarın musiqi irsindən seçilmiş dəyərli əsərlər səsləndiriləcək. Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə keçiriləcək gecədə tanınmış sənətçilər və Beynəlxalq Muğam Mərkəzinin solistləri çıxış edəcəklər.

Musiqisevərlər bu proqram vasitəsilə Cahangir Cahangirovun milli musiqi mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərini və yaradıcılığının bənzərsiz gözəlliyini bir daha yaxından hiss etmək imkanı qazanacaqlar.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Cahangir Cahangirov 105 Cahangir Cahangirov 105

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan