Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!
New Orleansdən Çikaqoya, Parisdən Tokioya — cazın ruhu dünyanın ən ikonik salonlarında yaşayır. İndi Candlelight Baku cazа həsr olunmuş ilk böyük layihəsini — The Jazz Room-u — Bakıya gətirir. 🎷🕯️
30 aprel — Beynəlxalq Caz Günü axşamı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ecazkar səhnəsində minlərlə şam işığı altında Azərbaycan və dünya cazının ən məşhur əsərləri səslənəcək.
Gecəni sizinlə The Jazz Room Band — tanınmış və peşəkar ifaçılardan ibarət ansambl bölüşəcək. Saksafonda Aydın Zeydullayev, pianoda Məhəmməd Allahverdiyev, barabanda Nicat Bayramov və basda Fuad Cəfər — hər biri öz sahəsinin ustası olan bu ifaçılar cazın ruhunu səhnəyə tam qüvvəsi ilə gətirəcək.
Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.) 📍 Məkan: Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.
🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

8 ₼-dan
10 ₼-dan
4 ₼-dan
10 ₼-dan
8 ₼-dan
20 ₼-dan