jAzzeri Bands

Tədbir haqqında

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək. “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival, müsabiqələrin qalibi peşakar tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak edəcəklər. Konsertin xüsusi qonağı Parisdə yaşayan və Fransanın caz üzrə ən güclü və tanınmış təhsil ocağı Center des Musique Didier musiqi mərkəzində təhsil alan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədlidir. Gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq caz festivallarda və müxtəlif layihələrdə iştirak edib. Hər zaman öz çıxışları və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. Azərbaycan mədəniyyəti və musiqisinin dünya dinləyicisinə çatdırılması və təbliğində əhəmiyyətli işlər görüb. Möhtəşəm musiqi kompozisiyalarının təqdim olunacağı caz musiqisi axşamında dinləyiciləri maraqlı konsert proqramı və çoxlu sürprizlər gözləyir.

Yaş məhdudiyyəti / Dil

0
jAzzeri Bands jAzzeri Bands