Kaspiyskiy Qruz

Tədbir haqqında

"Каспийский груз" ilk dəfə Bakı səhnələrində!

İyunun 17-də Elektra Events Hall’da qrupun 10 illik yubileyinə həsr olunmuş çoxdan gözlənilən konserti baş tutacaq!

“Табор уходит в небо”, “Доедешь - пиши”, “Сам все знаю” kimi və digər trekləri ilə sevilən və seçilən   “Каспийский груз” komandası ilk dəfə doğma şəhərlərində - Bakıda - dinləyicilər İlə görüşəcəklər.

Konsertdə “Каспийский груз” ruhları fəth edən və pleylistlərimizdə səslənən bütün mahnıları ilə çıxış edəcək. Qrup bu yaxınlarda yeni albomunu təqdim etdi. İyunun 17-də Elektra Events Hall-da “Каспийский груз” komandasının ifasında bütün sevdiyiniz mahnıları dinləyə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

16+
Kaspiyskiy Qruz Kaspiyskiy Qruz