

Katy Perry
Təsvir
Dünya şöhrətli pop ulduzu Keti Perri Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026-nın əyləncə proqramı və yarışın 10 illik yubileyi çərçivəsində 25 sentyabr 2026-cı il tarixində Bakıda səhnəyə çıxacaq.
Dünyanın ən uğurlu ifaçılarından biri olan Keti Perri Firework, Roar və Dark Horse kimi qlobal hitləri, həmçinin rekord qıran dünya turları və möhtəşəm canlı çıxışları ilə tanınır.
10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Katy Perry-nin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.
Qaydalar
• Bu tədbir üçün biletlər QR bilet və ya fiziki bilet formatında əldə edilə bilər. Fiziki biletlər iTicket.AZ satış məntəqələrində təqdim olunur.
• QR biletlər tədbir günü aktivləşdirilir. Tədbirə giriş zamanı QR biletdən istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmağınız tələb olunur.
• Bu tədbir üçün alınmış biletlər dəyişdirilmir və geri qaytarılmır.
• Biletin nominal dəyərinə əlavə olaraq 10% xidmət haqqı tətbiq olunur.
• Tədbirə giriş zamanı bilet yalnız orijinal formatda təqdim edilməlidir. Biletin surəti, fotoşəkli, skan edilmiş və ya digər qeyri-orijinal nüsxələri ilə girişə icazə verilmir.
• Təşkilatçı tədbirin keçirilməsi qaydalarına uyğun olaraq giriş şərtlərində zəruri dəyişikliklər etmək hüququnu özündə saxlayır.
