“Kəllə-Kəlləyə” 5 il sonra 360 dərəcə geri qayıdır!“

“Kəllə-Kəlləyə” 5 il sonra 360 dərəcə geri qayıdır!“

Tədbir haqqında

Hər dəfə rekordlara imza atmış "Kəllə-Kəlləyə" layihəsi 4 böyük "battle" ilə rep cəmiyyətini sevdiyi meydana, mədəniyyətə və keyfiyyətə geri qaytaracaq! Bu tədbir yalnız mübarizə ilə məhdudlaşmayacaq, həm də klassika ilə yeni nəsilin kəsişdiyi unikal bir an olaraq yadda qalacaq.

7 ildir, davam edən "Kəllə-Kəlləyə" layihəsi "360 dərəcə" seriyası ilə yeni bir səhifə açır. Bu isə "battle" rep həvəskarları üçün hələ kəşf edilməmiş və özünəməxsus bir təcrübə olacaq.

Bu tədbirdə yeni nəsil nümayəndələri arasında keçiriləcək 2 qarşıdurma sizi gözləyir. "END VS. TWOXTASY" və "KHAN VS. EYZİ" qarşılaşmaları "Dəqiqənin hökmü" formatında keçiriləcək.

"ALZHIE VS. RAMRADE" və gecənin sürpriz "battle"ı "ZİQ-ZAQ VS. MƏLUN" isə klassik formatda, yəni 2 raund "a kapella", sonuncu raund "beat" üzərində baş tutacaq.

Bunlardan əlavə, 28 iyun bu səhnədə “battle”lar ilə yanaşı, həm də rep cəmiyyətinin sevimli artistləri yer alacaq. Hər biri 3 trek ifa etməklə tədbiri #360dərəcə daha zövqlü və əyləncəli edəcək. Bu artistlər isə aşağıdakılardır:
NataOne Habibi, AISEL, Rüzgar, Saybu, RZZA, Epi, FTB, F’RHYME, RIO, Dado, Jayko, Aydanique, BLOODY, Cosmo, Sayloony, VVSVAUPRA, 21Rave və DJ TWST. 

Başınız sağ olsun!

Yaş məhdudiyyəti / Dil

16+
“Kəllə-Kəlləyə” 5 il sonra 360 dərəcə geri qayıdır!“ “Kəllə-Kəlləyə” 5 il sonra 360 dərəcə geri qayıdır!“