Uşaq Dünyası

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Uşaq Dünyası” beynəlxalq musiqi festivalı Akademik Filarmoniya və Uşaq Filarmoniyasının birgə təşkil etdiyi ilk beynəlxalq festivaldır.Festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onları böyük səhnəyə çıxarmaq və böyüklərlə birlikdə ortaq layihələr həyata keçirməkdir. Bu festival nəsillər arasında yaradıcı davamlılığın və sənət ənənələrinin gözəl bir körpüsüdür. 
“Uşaq Dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar üçün rəngarəng konsert proqramları, maraqlı sərgilər və musiqili təqdimatlar təşkil olunacaq. Festival günlərində gənc istedadların çıxışları, rəqs, vokal və instrumental kollektivlərin ifaları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı nəzərdə tutulub. 
Sizi musiqi, sənət və uşaqların yaradıcılıq enerjisi ilə zəngin festival atmosferini birlikdə yaşamağa dəvət edirik! 

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Uşaq Dünyası Uşaq Dünyası

Məkan yeri
Bakı şəh, Yasamal ray, Bəsti Bağırova küç 16