KİNOKONSERT multimedia şou

Tədbir haqqında

24 fevral 2024-cü il tarixdə “Art-East Media Group” şirkəti paytaxt sakinləri və şəhərimizin qonaqlarını özünün “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondunun birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirdiyi, eyni zamanda şirkətimizin brendi olan və yeni peşəkar heyətlə tamaşaçıların qarşısına çıxacaq “Avanqard” Kamera Orkestrinin təqdimatında yüksək bədii zövqlə tam yeni repertuar əsasında aranjiman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini əhatə edən “Kinokonsert” vokal-instrumental multimedia şousuna dəvət edir. Özündə görüntü, musiqi və rəqsi cəmləşdirən, nostalji hisslər və xoş xatirələrlə dolu multimedia şousu həyatınıza çatışmayan və əlavə rəng qatacaqdır. Odur ki, “Kinokonsert” multimedia şousunun Sizə bəxş edəcəyi təəssüratları qaçırmayın.
 

Yaş məhdudiyyəti / Dil

6+
KİNOKONSERT multimedia şou KİNOKONSERT multimedia şou