Kremerata Baltika

Tədbir haqqında

İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” Kamera Orkestrinin solistlərinin konserti olacaq. “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüb.

Kremeratanın solistləri Litvada yaşayan 9 musiqiçidən ibarət olan ansambldı. 

Bakı konsertinin solistləri - Litva Kremeratasının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.

Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edəcək. Azərbaycanlı dirijoru “Kremerata Baltika” ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda məşhur orkestr ilə çıxış edir.

Proqram

1.     Faustas Latenas - "Bolero"

2.     Olli Mustonen - nonet no.2

3.     Silvija Miliūnaite - " Drive for live "

( Cerald Bidva -skripka, Giedre Dirvanauskaite -violonçel)

Fasilə

Kremerata Baltika Solistləri ve

Bakı kamera orkestri

 dirijor Fuad İbrahimov

1. Nino Rota - simlər üçün konsert

2. F.B.Mendelssohn - skripka və simli üçün e-moll konserti

(solo skripka Džeraldas Bidva) 

Yaş məhdudiyyəti / Dil

6+
Kremerata Baltika Kremerata Baltika