Mart ayının 16 və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə ilk dəfə olaraq “Lazgi - Qəlb və Sevginin rəqsi" adlı balet tamaşası təqdim olunacaq. Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etdiyi qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub. Xalq müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan xorəzm rəqsinin tarixi üç min il əvvələ aiddir.
Baletin əsasında - rəqsə və həyatın özünə olan sevgi dayanır.
Süjet min illər əvvəl, Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvanların böyük dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında Sevgi oyanır və ölümsüz Qəlb öz əbədi rəqsinə başlayır.
Keçmişdən gələcəyə fantastik səyahət - çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən Qəlbin və əsrlər boyu onu izləyən Sevginin hekayəsidir. Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də finalda Qəlb və Sevgi bölünməz bir bütövə çevrilir.
Musiqi: bəstəkar Davidson Giaconello
Dekorasiya və işıq effektləri məşhur Yapon multimedia rəssamı Yoko Seyama tərəfindən yaradılmışdır.
Librettonun müəllifi və quruluşçu-xoreoqrafı - Raul Raimondo Rebek
Balet Özbəkistanın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinin mədəni-tarixi irsinə və xalq geyiminə həsr olunmuş sərginin mədəni proqramı çərçivəsində keçirilir.
Cazibədar enerji, alovlu hərəkətlər, mürəkkəb rəqs nümunəsinə əsaslanan unikal üslub - bütün bunlar Lazgini görkəmli mədəniyyət fenomeninə çevirir!