Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
💞 13 fevral saat 18:30 və 20:30-da sizi inanılmaz dərəcədə gözəl və tarixi Kamera və Orqan Musiqisi Zalına xüsusi bir axşama - video instalyasiyalarla romantik şam işığında "Sevgi melodiyaları: Whitney Houston, Tina Terner, Celin Dion, Adele" konsertinə dəvət edirik. Bu axşam hisslərin, etirafların və sevginin gücünün ən ülvi hekayələrinə həsr olunub.
Bu axşam Ars Caspia Ansamblının simfonik ifasında Whitney Hyuston, Tina Terner, Celin Dion və Adelin əfsanəvi mahnıları - bütün dünyada milyonlarla insanın sevgisinin saundtrekinə çevrilmiş kompozisiyalar səslənəcək. Zərif balladalar və güclü, emosional hitlər zalı səmimiyyət, ehtiras və dərin hisslərlə dolduracaq.
Sizi Sevgililər Gününü musiqi, gözəllik və səmimi duyğular atmosferində başlamağa dəvət edirik. Yüzlərlə şamın sayrışması, valehedici video proyeksiyalar və Ars Caspia Ansamblının canlı ifası yaxın olmaq, ən isti hissləri yaşamaq və hər anını duymaq istədiyiniz xüsusi bir məkan yaradacaq.
Bu konsert axşamı birlikdə keçirmək, sevdiyiniz insana gözəl və yaddaqalan bir hədiyyə etmək və təkrar-təkrar qayıtmaq istədiyiniz bir xatirə yaratmaq üçün ideal imkandır 💫
⏰ Başlama vaxtı: 18:30 və 20:30
📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.
Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.
🎶Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.
Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:
Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.
Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.
Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.
Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.
Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.
Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.
Arif İmanov (zərb alətləri) - peşəkar zərb alətləri ifaçısı, müəllim və studiya/sessiya musiqiçisidir. O, Avropa festivallarında və səhnələrində, həmçinin İstanbulda konsert proqramları ilə çıxış edib. O, 2025-ci ildə keçirilən “Avroviziya” müsabiqəsinin iştirakçısıdır.
Bu - yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.
🎼Proqram
- Whitney Houstonun ən sevilən mahnıları - ruhun dərinlərinə toxunan musiqi
- Tina Ternerin hitləri - enerji, ehtiras və güclü hisslər
- Celin Dionun romantik balladaları - kino və böyük hisslərin musiqisi
- Adelin mahnıları - səmimi, dürüst və əsl sevgi haqqında
- E.Doqanın duyğulu və tanınmış valsları
*Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.
🎟️ Yer sayı məhduddur.
Fevralın ən romantik musiqi axşamının bir hissəsi olmaq şansınızı qaçırmayın!

15 ₼-dan
15 ₼-dan
8 ₼-dan
10 ₼-dan
10 ₼-dan
5 ₼-dan