Maksim Qalkin

Tədbir haqqında

Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.

Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.

 

Onun istedadının sehri heç kəsi laqeyd qoymur. Artıq onilliklərdirki o, ölkə daxilində və xaricində tam zalları doldurur.

Yumorist. Teleaparıcı. Şoumen. Müğənni. Onun reqaliyalarının və statuslarının siyahısını sonsuzca sadalamaq olar. Ancaq hər şeydən əvvəl, Maksim Qalkin böyük hərflə yazılmış əsl Artistdir. Parlaq, xarizmatik və həmişə aktualdır.

Müdriklik və gənclik, yumor hissi və çoxşaxəli istedadın bənzərsiz birləşməsi onun solo konsertlərini üst-üstə düşən janrların mozaikasına çevirir: parodiyalar, mahnılar, yumor, məşhur televiziya şoularından konsert nömrələri.

Onun yumoru aktual, çevik və həqiqətən gülməlidir. Maksim tamaşaçısını hiss edir və sadəcə onunla səmimi söhbət edir, sanki qəflətən gələn köhnə dostlarına həyatı haqqında danışır.

Miniatürlər, teatr eskizlərinin reprizləri, tamamilə yeni nömrələr, eləcə də tamaşaçılar tərəfindən çoxdan tanınan və sevilən tamaşalar. Maksimin ifasında onlar öz bədii dəyərini itirmir və sevimli mahnı kimi təkrar-təkrar səslənir, nostalji təbəssüm yaradır. Maksim Qalkinin konserti təəssüratların atəşfəşanlığı, partlayıcı emosiyaların vulkanı və təkcə tədbir günü deyil, həm də qarşıdakı bir neçə həftə üçün əla əhval-ruhiyyənin təminatıdır.

Onun nömrələri aktuallığını itirmir, zalları boşalmır, zarafatları köhnəlmir.
Çünki əsl istedad heç vaxt dəbdən düşmür...

Yaş məhdudiyyəti / Dil

6+
Maksim Qalkin Maksim Qalkin