Megi Gogitidze

Tədbir haqqında

Meqi Qogitidze iyulun 13-də “White Beach Club” da çıxış edəcək

Gürcüstanlı unikal müğənni, vokalist və mahnı müəllifi olan Megi, gürcü etniklərinin melodiklik, ürəkaçan poetik cizgilər və müasir səslə çərçivəyə salınmış  heyrətamiz qarışığı ilə öz bənzərsiz tərzini yaratmışdır. Megi heyrətamiz şəkildə müxtəlif janrları qarışdıra bilir: caz, elektronika, etnik, rok, trip-hop və hətta gürcü dilində hip-hop oxuyur. 
İndi Megi təkcə Gürcüstanda deyil, bütün dünyada tanınır.Meqanın populyarlığı sürətlə artır, o, Moskvada, Sankt-Peterburqda, Bakıda, konsertləri ilə çıxış edir.

Festival haqqında: 
Bütün yay boyunca Sea Breeze kurort kompleksinin ərazisindəki ən gözəl yerdə - “White beach club”da #WHITEFEST yay musiqi festivalı keçiriləcək.Mövsüm bizə nə vəd edir? Atmosfer, enerji və əlbəttə ki, fantastik əyləncə gecələri Sizə dünya şöhrətli ulduzların: Swanky Tunes, Willy William və bir çox başqa ifaçıların iştirakı ilə unudulmaz təcrübə bəxş edəcək. White beach club-da görüşənədək!

•White Beach Club Event Hall-un çimərlik ərazisində yerləşir.

Yaş məhdudiyyəti / Dil

12+
Megi Gogitidze Megi Gogitidze