Ürək mahnıları

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

27 aprel tarixində Bakı Musiqi Akademiyasının Opera studiyasında “ Ürək mahnıları” adlı konsert proqramı keçiriləcək. Bu musiqili gecədə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri — Şövkət Ələkbərova, Emin Sabitoğlu və Tofiq Quliyevin yaddaşlara həkk olunmuş, sevilən və unudulmaz əsərləri səsləndiriləcək.

Konsert proqramında Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri və Əməkdar artistlər iştirak edərək bu böyük sənətkarların bir-birindən gözəl bəstələrini tamaşaçılara təqdim edəcəklər.
Konserti Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı müşayət edəcək

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Ürək mahnıları Ürək mahnıları