Biletlərin sayı: 0
Səbət
Tarzən və xanəndə Şirulla İmanovun xatirə gecəsi

Tədbir haqqında

Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda təşkil olunan konsertlərə həvəslə qatılırdı. Tarzənin bacarığını yüksək qiymətləndirən Ü.Hacıbəyli opera tamaşalarında tar ifaçılığını məmnuniyyətlə ona həvalə edirdi. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır. Şirulla İmanova həsr olunan gecədə tanınmış sənət adamları sənətkarla bağlı xatirələrini bölüşəcək,  xanəndələrin ifasında muğam və təsniflərdən ibarət konsert təqdim olunacaq.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Tarzən və xanəndə Şirulla İmanovun xatirə gecəsi Tarzən və xanəndə Şirulla İmanovun xatirə gecəsi

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan