Mert Demir

Tədbir haqqında

Azərbaycanda ilk dəfə!

“Ateşe düştüm” mahnısı ilə gündəmi zəbt edən Mert Demir, uşaqlıqdan musiqi ilə məşğul olub. Beyoğlu İstanbulda doğulub böyüyən sənətçi, orta məktəbi bitirdikdən sonra xaricə köçür. Daha sonra, 2014 cü ildə məşhur musiqi yarışması olan  O Ses Türkiye-yə qatılır və finala qədər yüksəlir. Yarışmadan sonra müxtəlif yerlərdə səhnə alır. Nəhayət, 2017 ci ildə FadeOut music ilə razılaşaraq, profesional səhnə almağa başlayır. Həmin ilin son aylarında isə, söz və musiqisi özünə aid olan “Uyan” adlı ilk sinqılını yayınlayır. 
Mert Demir eyni zamanda söz yazarı, prodüser və rejissordur.

Müğənni, səhnə performansı, pop, bedroom pop, R&B və arabesk kimi müxtəlif tərz musiqi seçimləri ilə zamanın nəbzini tutmağı bacarır.

2021 ci ildə Melike Şahin ilə birlikdə yayınladığı “Pusulam Rüzgar” adlı mahnı, böyük bəyəni toplayır. Noyabr 2022 tarixində isə Mabel Matiz ilə birlikdə yayınladığı “Antidepresan” adlı mahnı dönəmin ən çox dinlənən parçalarından oldu. Qeyd edək ki, bir çox mükafat alan bu mahnının musiqi yazarlığı və produserliyi Mert Demire, sözləri isə Mert Demir və Mabel Matizə aiddir.
Mert Demirin “İkimize birden” ilə başlayan EP seriyası, ”Ateşe düştüm” və “Dön desem” ilə davam edir. EP-nin çıxış mahnısı olan və qısa zamanda dillər əzbəri olan “Ateşe düştüm” ün söz və musiqisi də həmçinin Mert Demir və Mela Bedelə aiddir. Gənc müğənninin istedadları bununla da bitmir, o gitara, elektron gitara, pianino kimi musiqi alətlərində ifa etməyi bacarır.
Hazırda kariyerasının yüksəliş illərini yaşayan Mert Demir, bəzi canlı konsert və studio performanslarını dijital platformalarda yayınlayır.

Yaş məhdudiyyəti / Dil

6+
Mert Demir Mert Demir