“Monoloq” – Sevinc Əzizova solo konsert

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Monoloq” – Sevinc Əzizovanın solo konserti

30 aprel 2026-cı il tarixində, saat 20:00-da Azərbaycan Beynəlxalq Muğam Mərkəzi səhnəsində tanınmış pianoçu və bəstəkar Sevinc Əzizovanın “Monoloq” adlı solo konserti keçiriləcək.

Bu xüsusi musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının seçilmiş klassik əsərləri ilə yanaşı, Sevinc Əzizovanın müəllifi olduğu bir neçə əsər də səsləndiriləcək. Konsert proqramı klassik musiqinin zəngin emosional palitrasını təqdim etməklə yanaşı, milli musiqi ənənələrinin incə çalarlarını da tamaşaçılara çatdıracaq.

“Monoloq” konserti Azərbaycan qadınının gücünə, iradəsinə və mənəvi zənginliyinə ithaf olunmuşdur. Musiqi dili vasitəsilə qadının daxili dünyası, hissləri və həyat yolu poetik şəkildə ifadə olunacaq.

Konsertdə həmçinin solistlər qismində Talıb İsgəndərli (bariton), Fizza Mirzəyeva (xanəndə), Ramiz Məmmədov (akkordeon), Nigar Hüseynzadə (piano) və Emin Fətəliyev (balaban) iştirak edəcəklər.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
“Monoloq” – Sevinc Əzizova solo konsert “Monoloq” – Sevinc Əzizova solo konsert

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan