Motsart

Tədbir haqqında

Beynəlxalq Muğam Mərkəzində müxtəlif janrlarda tamaşa və konsertlər keçirilir. Bu möhtəşəm Sənət Ocağı onlarla musiqi nümunəsinin yenidən canlanmasında misilsiz rola malikdir.
3 mart tarixində Motsartın ariya və mahnılarından ibarət konsert proqramı da bu cərgəyə aiddir. 
3 mart Beynəlxalq Muğam Mərkəzində keçiriləcək Konsert saat 19:00-da başlayacaq.
Musiqisevərlərin diqqətinə çatdırmaq istərdik ki, konsertdə bir neçə əsər Azərbaycanda ilk dəfə səslənəcək.
Bura  "Ascanio in Alba" operasından Ascanionun ariyası, "Clemenza di Tito" operasından Vitellianın ariyası, "Mitridate re di Ponto" operasından Farnacenin ariyası, "Fiqaronun toyu" operasından Suzannanın operanın redaksiyasına daxil olmamış "al desio di Chi t'adore" ariyası aiddir.
Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova və lham Nəzərovdur.
Fortepianoda solistləri beynəlxalq müsabiqələr laureatı Danıil Kirillov müşayiət edəcək.

Yaş məhdudiyyəti / Dil

12+
Motsart Motsart