Motsart axşamı şam işığında. Ars Caspia Ensemble

Tədbir haqqında

🎻20 dekabr saat 18:30 və 20:30-da Bakıda inanılmaz dərəcədə gözəl tarixi Kapellhaus binasında "Şam işığında Motsart axşamı" adlı unikal konsert keçiriləcək

Təsəvvür edin: yüzlərlə şamın sakit və yumşaq işığında qədim bir zal, simli alətlərin ilk akkordları səslənir - və siz Motsart dövrünə qədəm qoyursunuz. Musiqi işıq və istiliklə məkanı doldurur, gözəlliyin təsirindən ürəyiniz bir anlıq dayanır.

Bu axşam - sadəcə konsert deyil, bu, böyük dahinin canlı ruhu ilə görüşdür.

«Motsart axşamı » - XVIII əsr dahisinin ölməz əsərlərini Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək imkanıdır. Tarixi Kapellhaus divarları arasında, unikal akustika sayəsində notların xüsusilə təmiz və dərindən səslənməsi Motsartın musiqisini daha canlı, daha səmimi, daha ilhamverici və daha müasir edəcək. Kapellhausun kamera zalının ab-havası musiqinin məhz sizin üçün səsləndiyi hissini yaradır.

Konsertdən əvvəl qonaqlar sayrışan şamların işığında Kapelhausun gözəlliyindən zövq ala, fotolar çəkə və ya sadəcə olaraq şəhərin hay-küyündən bir anlıq ayrılıb rahatlıq tapa bilərlər.

Bu axşam sizə klassik musiqinin canlı, emosional, ürəkdən və ehtiraslı ifasını bəxş edəcək.

⏰ Başlama vaxtı: 18:30 və 20:30

📍 Məkan: Kapellhaus, 28 may küç., 35

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Yuliya Motorina (ikinci skripka)  - Azərbaycan Respublikasının əməkdar  artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Orxan Cumayev (violonçel) - Dost İnkluziv orkestrinin baş violonçelçisidir. O, Gürcüstanda keçirilən Tsinandali Festivalı və Neue Philharmonie München simfonik layihəsi də daxil olmaqla, xaricdə müxtəlif orkestrlər və ansambllar ilə çıxış edib.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Həsən Əsədov (kontrabas) - Azərbaycan Opera və Balet Teatrının Simfonik Orkestrində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində solistdir. O, xaricdə müxtəlif orkestr və ansambllarla çıxış edib.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

 🎼 Proqram

-V.A. Motsart - Kiçik gecə serenadası

-V.A. Motsart - Divertismentlər (F-Dur, D-Dur)

-V.A.Motsart - «Sehrli fleyta» operasından «Gecə kraliçasının ariyası»  

-V.A.Motsart - Simli kvartet №4 do major K. 157

*Təşkilatçılar proqrama dəyişikliklər edilməsi hüququnu özlərində saxlayırlar.

🎟️ Yerlərin sayı məhduddur.

Dekabrın ən gözəl musiqi hadisəsinin qaçırmamaq üçün əvvəldən bron edin.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Motsart axşamı şam işığında. Ars Caspia Ensemble Motsart axşamı şam işığında. Ars Caspia Ensemble

Məkan yeri
28 May küç. 35, Bakı, Azərbaycan, AZ1010